“İnter” İtaliya derbisində “Yuventus”u məğlub etdi

İtaliya A Seriyasında 25-ci turun oyunları keçirilir. 

Sportline.az xəbər verir ki, turun mərkəzi matçında “İnter” öz meydanında “Yuventus”u qəbul edib. 5 qolun vurulduğu görüşdə sevinən tərəf Milan təmsilçisi olub. 

“İnter” - “Yuventus” - 3:2
Qollar: Kambiasso, 17-avtoqol (1:0), Kambiasso, 26 (1:1), Espozito, 76 (2:1), Lokatelli, 83 (2:2), Zielinski, 90 (3:2)
Qırmızı vərəqə: Kalulu, 42 (“Yuventus”)

Bu qələbə sayəsində xallarının sayını 61-ə çatdıran “İnter” liderliyini möhkələndirib. “Yuventus” isə 46 xalla beşincidir.