"İnter" - "Kəpəz" oyunun taleyini bir qol həll etdi
Bu gün Topaz Premyer Liqasında 22-ci tur start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Son turlar uğurlu çıxışla yadda qalan "Kəpəz" "İnter"in qonağı olub. Ardıcıl 3 oyunda qələbə üzünə həsrət qalan "bankirlər" tilsimi Gəncə təmsilçisi ilə görüşdə qırıb.
19 fevral 2016
TPL, 22-ci tur
“İnter” – “Kəpəz” - 1:0
QOL: Nizami Hacıyev, 55 (1:0)
Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Kamran Bayramov, Ziya Nəsirov
"İnter Arena"