"İnter" "Latsio"ya qarşı

Bu gün İtaliya Kubokunda 1/4 final mərhələsinə start veriləcək.

Sportline.az xəbər verir ki, "İnter" "Cüzeppe Meyezza"da "Latzio" ilə üz-üzə gələcək.

"İnter"də itkilərin sayı kifayət qədərdir. Karlos Auqusto, Davide Frattesi, Xoakin Korreyra, Nikola Zalevski və Yan Sommer oyunun iştirak ərzəsində yer almayıb.

"Latzio"da isə Elseid Husay, Luka Pelleqrini, Matias Vesino və Valentin Kastelyanos zədə səbəbindən matçı buraxmalı olacaq.

Qeyd edək ki, start fiti gecə yarısı 12-də səslənəcək görüşü Maykl Fabbri idarə edəcək.