"İnter" üçün Avropa macərası bitdi
Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları olacaq. Sportline.az xəbər verir ki, 3 təmsilçimiz bu gecə meydana çıxacaq.
"İnter" Lüksemburq"da "Fola"nın qonağı olacaq. Təmsilçimiz evdə qələbə qazandığından (1:0) səfərdə istənilən hesablı qələbə, heç-heçə və qol vurmaqla minimal hesablı məğləbiyyətlə mərhələ adlayacaq.
"İnter" mərhələ adlasa, "Qalatasara"la qarşılaşa bilər. Bunun üçün Bakı klubu "Fola"nı, "Qalatasaray" isə ilk oyunda 0:2 hesabı ilə uduzduğu İsveçin "Ostersun" klubunu keçməlidi.
Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunu
20 iyul
21:30. "Fola" (Lüksemburq) - "İnter" (Azərbaycan) - 4:1
Qollar: Samir Haci, 21 (1:0), Saiti 32 (2:0), Laterza, 59 (3:0), Pərdis Fərcad-Azad (3:1), Sakras, 90+4 (4:1)
İlk oyun - 0:1
Baş hakim: Donatas Rumsas
Baş hakimin köməkçiləri: Aleksandr Radius, Vladimir Qerasimov
Dördüncü hakim: Robertos Smitas (hamısı Litva)
Fola: 1. Tomas Him, 8. Veldin Muharremoviç, 10. Yakob Dallevedove, 15. Samir Haci, 20. Miçel Beçold, 22. Enis Saiti, 23. Tomas Lazerta, 24. Mehdi Kirç, 28. Yulian Klayn (k), 44. Peter Xrappan, 92. Ken Koral.
Ehtiyat oyunçular: 33. Emmanuel Kabral, 6. Billi Bernard, 9. Kristof Martin-Suarez, 11. Korentin Koçur, 14. Sedrik Sakras, 19. Cerard Merş, 27. Stefano Bensi.
Baş məşqçi: Ceff Ştrasser.
İnter: 1. Səlahət Ağayev, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Mirsahib Abbasov, 8. Nizami Hacıyev (k), 10. Elnur Abdullayev, 11. Rauf Əliyev, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev.
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 6. Samir Zərgərov, 9. Pərdis Fərcad-Azad, 19. Mirhüseyn Seyidov, 65. Cabir Əmirli, 88. Məmməd Quliyev.
Baş məşqçi: Zaur Svanadze.
Hakimlər: Donatas Rumsas, Aleksandr Radius, Vladimir Gerasimov, Robertas Smitas (Litva).
UEFA nümayəndəsi: Alvaro Albino (Portuqaliya).
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna).
Eş. Emil Mayriş stadionu.