“İnter” Marco Palestra transferini başa çatdırmağa yaxındır

“İnter” “Atalanta”nın müdafiəçisi Marko Palestranın transferini rəsmiləşdirməyə çox yaxındır.

Sportline.az insayder Nikola Şıkiriyaya istinadən xəbər verir ki, tərəflər arasında aparılan danışıqlar yekun mərhələyə çatıb və transferin yaxın saatlarda tam razılaşdırılacağı gözlənilir.

Məlumata görə, sövdələşmənin dəyəri bonuslarla birlikdə 50 milyon avro təşkil edəcək. Gənc müdafiəçi “İnter”lə 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq və illik 3 milyon avro maaş alacaq.

Bildirilib ki, bütün tərəflər razılığın qısa müddətdə yekunlaşacağına əmindir. Eyni zamanda, “Atalanta” gələcəkdə futbolçunun mümkün satışından müəyyən faiz əldə etmək hüququnu da müqavilədə saxlaya bilər.

Qeyd edək ki, Palestra ötən yay icarə əsasında “Kalyari"yə keçib. Onun “Atalanta” ilə müqaviləsi 2029-cu ildə bitir. Transfer dəyəri isə 35 milyon təşkil edir.

Banner