"İnter" ruminiyalı futbolçusu ilə yollarını ayırıb

"İnter"də ayrılıq yaşanıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İonuts Radu karyerasını İtaliyanın başqa bir klubu olan "Venetsiya"da davam etdirəcək.

Onun transferi ilə bağlı detallar hələ açıqlanmayıb.

Qeyd edək ki, ruminyalı kiper gənc yaşlarından "İnter"in heyətində yer alıb.

Lakin o, əsas komandada daimi yer qazana bilməyib.

27 yaşlı qapıçı bu illər ərzində "Cenoa", "Oser" və "Bornmut" kimi klublarda icarə əsasında forma geyinib.