"İnter" Simioneni istəyir
"İnter"in rəhbərliyi yayda klubun sükanı arxasına Dieqo Simioneni gətirməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Santi Aouna öz "X" hesabında paylaşım edib.
55 yaşlı mütəxəsisin "Atletiko" ilə sözləşməsi 2027-ci ilin iyun ayında başa çatacaq.
Qeyd edək ki, "İnter"i hazırda Kristian Kivu çalışdırır.