"İnter" toplanışa heç-heçə ilə yekun vurdu

Antalyada təlim-məşq toplanışında olan "İnter" bu gün hazırlıq çərçivəsində sonuncu yoxlama younunu keçirib. SportLine.az xəbər verir ki, rəqib Rusiya təmsilçisi "Orenburq" olub. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. 

Qeyd edək ki, "İnter" əvvəlki yoxlama matçlarında "Ordabaşı" (Qazaxıstan) ilə 0:0, "Botoşani" (Rumıniya) ilə komandası ilə 1:1 hesablı heç-heçə edib, Tacikistanın "İstiqlol" klubuna isə qalib gəlib - 2:1. 

Banner