"İnter" "Tottenhem"in qapıçısına göz qoydu
"İnter" yanvar ayında yeni qapıçı transfer etməyi düşünür.
Sportline.az xəbər verir ki, əsas hədəf Gilermo Vikariodur.
Bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, "Tottenhem" 29 yaşlı italiyalı kiper üçün ən azı 35 milyon avro tələb edir.