"İnter"də ayrılıq
"İnter"in hücumçusu Xoakin Korrea qarşıdan gələn yayda komandadan ayrılacaq.
Sportline.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
30 yaşlı argentinalı futbolçu baş məşqçi Simone İnzaqinin planlarına uyğun gəlmir. Bu səbəbdən klub rəhbərliyi onunla müqaviləni uzatmaq fikrində deyil.
Məlumata görə, artıq bir neçə klub Xoakin Korrea ilə maraqlanır.
Qeyd edək ki, Korrea cari mövsümdə 5 matçda ümumilikdə 148 dəqiqə oynayıb və bu müddət ərzində 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.