"İnter" yeni müdafiəçi axtarışına çıxıb

"İnter"in rəhbərliyi yanvar ayında heyətə yeni mərkəz müdafiəçisi transfer etməyi düşünür.

Sportline.az "L`İnterista" nəşrinə istinadən xəbər verir ki, əsas hədəf "Aston Villa"nın futbolçusu Ezri Konsa göstərilir.

28 yaşlı stopperin transfer qiyməti 35 milyon avrodur. 

İtaliya klubu bu məbləği "Aston Villa"ya ödəməyə hazırdır.

Qeyd edək ki, Ezri Konsanın Birmingem klubu ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.