“İnter”də ciddi itki - 1 həftə olmayacaq

“İnter”in ulduz yarımmüdafiəçisi Hakan Çalhanoğlu bir daha zədə problemi ilə üzləşib.

Sportline.az xəbər verir ki, bir müddət əvvəl zədədən qayıdan Çalhanoğlu son olaraq “Milan”a qarşı keçirilən derbidə ehtiyat oyunçular skamyasında yer alsa da, meydanda şans qazanmamışdı.

Aparılan tibbi müayinələrdən sonra futbolçunun vəziyyəti ilə bağlı rəsmi açıqlama verilib.

Klubun məlumatına görə, milli futbolçunun sağ bud əzələsində gərilmə aşkarlanıb.

Bu səbəbdən Hakan Çalhanoğlunun ən azı 6-7 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.