"İnter"dən daha bir transfer
"İnter" klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib. SportLine.az xəbər verir ki, "bankirlər" "Sumqayıt"dan ayrılan Pərdis Fərcad-Azadı heyətlərinə qatıblar.
28 yaşlı hücumçu ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, bundan əvvəl klub Samir Zərgərov və Tərlan Quliyevin də keçidini həll edib.