"İnter"ə Paz gəlir
"İnter" "Komo"nun futbolçusu Niko Pazı transfer etməyə çalışır.
Sportline.az xəbər verir ki, bu haqda "Corriere dello Sport" nəşri məlumat yayıb.
21 yaşlı oyunçu sabiq komandası "Real Madrid"ə qayıtmaq fikrində deyil.
Qeyd edək ki, argentinalı hücumameyilli yarımmüdafiəçi "İnter"in təklifini dəyərləndirəcək.