"İnter"in ikinci heç-heçəsi
Antalyada təlim-məşq toplanşında olan "İnter" növbəti yoxlama görüşünü keçirib. SportLine.az xəbər verir ki, "bankirlər" Rumıniyanın "Botoşani" klubu ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb. Bakı klubunun yeganə qolunu Mirsahib Abbasov vurub.
Qeyd edək ki, "İnter" ilk yoxlama görüşündə Qazaxıstanın "Ordabası" klubu ilə qolsuz heç-heçə edib.