İntizam Komitəsinin qərarları

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. SportLine.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqanın XVII turunun “Qəbələ” – AZAL (2:0) matçında baş verən neqativ hallara hüquqi qiymət verilib.

Belə ki, görüşdə 4 futbolçusu sarı vərəqə alan hər iki klub 800 manat məbləğində cərimə olunub. 

Bundan başqa, oyunun 78-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan AZAL-ın müdafiəçisi Alamadine Omeqanın da cəzası açıqlanıb. "Təyyarəçilər"in yeni transferi 1 oyunluq diskvalifikasiyaya məruz qalıb, klubu isə 200 manat cərimə olunub.

Banner