İnzaqi daha 3 il komandada qalır

"Latsio" baş məşqçisi Simone İnzaqinin müqaviləsini uzadacaq.

Sportline.az "La Gazetta dello Sport"a istinadla xəbər verir ki, 44 yaşlı mütəxəssis Roma təmsilçisinin 2022/23 mövsümünün sonuna kimi təklif etdiyi sazişi qəbul edib.

İtaliyalı çalışdırıcının illik maaşı 2,5 milyon avro olacaq. Müqaviləyə bonus şərtləri də əlavə edilib.

İnzaqi 2016-cı ildə paytaxt klubunu çalışdırır.