"İpsviç" ingiltərəli futbolçusunu "Mançester Yunayted"ə satacaq
"İpsviç"in ingiltərəli futbolçusunu Liam Delap karyerasını "Mançester Yunayted"də davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Mark Oqden öz şəxsi "X" hesabında paylaşım edib.
Liam Delap üçün "Mançester Yunayted" "İpsviç"ə 40 milyon avro ödəyəcək.
Qeyd edək ki, 22 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 33 matçda 12 qol və 2 asistlə yadda qalıb.
Onun "İpsviç"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.