İqor Tiaqo London klubuna keçə bilər
“Brentford”da ulduzu parlayan İqor Tiaqo “Tottenhem”in transfer radarına düşüb.
Sportline.az “Caught Offside” nəşrinə istinadən xəbər verir ki, London klubu 24 yaşlı forvard üçün 40 milyon avro ödəməyə hazırdır.
Lakin “Brentford”un rəhbərliyi Tiaqo üçün ən azı 50 milyon avro tələb edir.
Qeyd edək ki, brazilyalı oyunçu cari mövsüm meydana çıxdığı 15 matçda rəqib qapılarından 12 top keçirib.