İquain "Yuventus"dan getdi

"Yuventus" futbolçusu Qonzalo İquainlə yolları ayırıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, İquain 2016-cı ildə 90 milyon avroya "Napoli"dən Turin təmsilçisinə transfer olunmuşdu.

Xatırladaq ki, argentinalı oyunçunun karyerasını ABŞ-ın "İnter Mayami" klubunda davam etdirəcəyi gözlənilir.