İrlandiyadan Avropa çempionatı ilə bağlı zəmanət
İrlandiyanın paytaxtı Dublin AVRO-2020-nin oyunlarını qəbul etməyə hazırdır.
Sportline.az xəbər verir ki, bu barədə yerli futbol federasiyasından TASS-ın sorğusuna cavab olaraq bildirilib.
Qitə futbol qurumuna matçları keçirməklə bağlı dövlət zəmanəti təqdim edib.
Daha əvvəl AFFA da UEFA-ya oyunları qəbul etməklə bağlı hökumət təminatı verib.
Qeyd edək ki, Avropa çempionatı 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir. İngiltərə paytaxtındakı "Uembli" stadionunda 7 oyunun, o cümlədən, yarımfinal və final qarşılaşmalarının təşkili nəzərdə tutulub. Azərbaycan tərəfi AVRO-2020-nin təşkil edəcəyinə dair UEFA-ya dövlət təminatı verib.