İsayev Rusiya klubu ilə anlaşdı

"Sumqayıt"ın yarımmüdafiəçisi Aleksey İsayev yeni mövsümdən karyerasını Rusiyada davam etdirəcək.

Sportline.az xəbər verir ki, 24 yaşlı futbolçunun keçidi artıq tamamlanıb. Premyer Liqa təmsilçisi "Ural" "Sumqayıt"la müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçu ilə anlaşıb. Hazırda Rusiyada olan futbolçunun şəxsi agenti transferi həll edib.

İsayev 2018-ci ildən "Sumqayıt"da çıxış edir. Aleksey 2016-cı ildə "Zenit"lə 3 illik müqavilə imzalamışdı. O, Sankt-Peterburq klubunun əvəzedici heyətində 24 matçda forma geyinib. 2017/18 mövsümünü yetirməsi olduğu “Yenisey”də keçirmiş İsayev Krasnoyarsk təmsilçisinin heyətində 25 qarşılaşmada 2 qol vurub və komandası ilə birlikdə Rusiya Premyer Liqasına yüksəlmişdi.

İsayev Azərbaycan millisinə 1 dəfə dəvət alsa da, debüt etməyib.