İsinmə hərəkətləri edən Budaq Nəsirov "Sportlinq"in qapısına penaltini necə "qazandırdı"?
Portuqaliyanın II divizionunda çıxış edən "Sportinq"in şərəfini qoruyan Budaq Nəsirov futbol oyunlarında nadir hallarda baş verən hadisə ilə üzləşib. Sportline.az xəbər verir ki, "Sportlinq"in 2-ci komandası doğma meydanda "Akademika"ya qəbu edib. Meydan sahibləri 1-0 hesabı ilə irəlidə olarkən vəziyyət gözlənilmədən dəyişib. Meydanın kənarında isinmə hərəkətləri edən Nəsirov qapı xəttindən çıxmaqda olan topu meydanda saxlayıb. Qaydalara əsasən isə, bu sarı vərəqə və penalti kimi qiymətləndirilib. 75-ci dəqiqədə meydana çıxan Budaq komandasını məğlubiyyətdən qurtara bilməyib. Oyun 2-1 hesabı ilə qonaqların xeyrinə nəticələnib.