İsmail Yüksek Avropa klublarının maraq dairəsindədir

Avropa klubları “Fənərbağça”nın futbolçusu İsmail Yüksekin xidmətində maraqlıdır.

Sportline.az xəbər verir ki, bir sıra klublar uğurlu oyun nümayiş etdirən futbolçunu transfer etmək istəyir.

"Fanatik" nəşrinin yaydığı məlumata görə, “Marsel” və “Lyon” İsmail Yükseki transfer etməkdə maraqlıdır.

Fənərbağça” futbolçunun mövsümün fasiləsində klubdan getməsinə razılıq verməyib.