İspaniya çempionatı nə vaxt başlayır?

İspaniya futbol klubları bu həftə ərzində məşqlərə başlayacaqlar.

Sportline.az xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebas yerli mətbuata açıqlamasında məlumat verib.

O, çempionatların isə iyunda bərpa oluna biləcəyini açıqlayıb. 

X. Tebasın sözlərinə görə, klublar bununla bağlı razılığa gəliblər.

Qeyd edək ki, İspaniyada liqalar martın 12-də dayandırılıb.