İspaniya Gürcüstana uduzdu, Kanada və İran qalib gəldi
Dünyanın yaşıl meydanlarında bir sıra yoxlama oyunları keçirilib. SportLine.az xəbər verir ki, ən maraqlı nəticə İspaniya - Gürsütan duelində qeydə alınıb. Görüş, gözlənilmədən, Pireney təmsilçisinin məğlubiyyəti ilə nəticələnib.
Digər oyunlarda İran Qırğızıstana, Kanada isə Özbəkistana qalib gəlib.
07 may 2016
Yoldaşlıq görüşləri
Kanada - Özbəkistan - 2:1
QOLLAR: Edqar, 20 (1:0); Şomurodov, 62 (1:1); Komilov, 81/a.q. (2:1)
İran - Qırğızıstan - 6:0
QOLLAR: Şojaye, 6/p. (1:0); Taromi, 25 (2:0); Torabi, 29 (3:0); Ansarifard, 68 (4:0); Azmun, 87 (5:0); Ansarifard, 90 (6:0)
İspaniya - Gürcüstan - 0:1
QOL: Tornike Okriaşvili, 40 (0:1)