İspaniya La Liqasının başlama tarixi açıqlandı

İspaniya La Liqasının rəhbəri Xavyer Tebas, La Liqanın başlayacağı tarix barədə danışıb.

Sportline.az  xəbər verir ki, Tebas "Goal"a açıqlamasında bildirib ki:

"Mən çox şadam. Bundesliqanın baş direktorunu təbrik etdim. Çox əhəmiyyətli iş gördülər, onlarla fəxr edirəm. Bu, təqlid üçün nümunədir. İstəyirəm ki, İspaniya çempionatı mümkün qədər tez başlasın. Biz 12 iyuna yönəlirik. Azarkeşlərin problemləri bu vəziyyətdə daha mövcud deyil”.

Oyunçular cəmlənməlidir. Hər yeni mərhələ bizə böyük miqdarda insanla olmağa icazə verir və ehtiyatlı olmalıyıq. Bizim təhlükəsizlik tədbirlərimizlə məşqlərdə yoluxmaq praktiki cəhətdən mümkün deyil", - Xavyer Tebas əlavə edib.

Xatırladaq ki, La Liqaya 58 xalla "Barselona” başçılıq edir.