İspaniya La Liqasının bərpa tarixi açıqlandı

Futbol üzrə İspaniya La Liqasında mövsümün bərpa tarixi məlum olub. 

Sportline.az xəbər verir ki, bunu "Marca" nəşrinə "Leqanes"in baş məşqçisi Xavyer Agirre açıqlayıb.

 Agirre ölkə çempionatının iyunun 20-də bərpa olunacağını söyləyib: "Oyunlar şənbə və bazar günləri, həmçinin çərşənbə və cümə axşamı günləri keçiriləcək. La Liqa sadəcə mənə rəsmi məlumat verdi. Çox xoşbəxtəm, çünki artıq məşqləri planlaşdırdıq. Sabah toplanışa başlayacağıq". 

Qeyd edək ki, La Liqanın oyunları martın 12-də dayandırılıb.