İspaniya nəhəngində gərginlik
“Real Madrid”in İspaniya çempionatının son turunda dogma meydanda “Getafe”yə 1 0 hesabı ilə məğlub olması klub daxilində gərginlik yaradıb.
Sportline.az xəbər verir ki, matçdan sonra soyunma otağında bəzi komanda yoldaşları türkiyəli ulduz Arda Güleri hədəfə götürüb.
Futbolçular 21 yaşlı yarımmüdafiəçini oyunun tempini aşağı salmaqda və bəzi hücum epizodlarında səhv qəırarlar verməkdə günahlandırıblar.
İspaniya mediasının yazdığına görə, Ardanın meydandakı davranışından Mbappe və Vinisius kimi ulduzlar da narazılıq ediblər.
Onlar gənc futbolçunu komanda yoldaşları ilə ayaqlaşa bilməməkdə suçlayıblar.
Qeyd edək ki, Arda Güler bu mövsüm “Real Madrid” forması ilə 40 oyuna çıxıb. O, 3 qol vurub və 12 qolun ötürməsini verib.