İspaniyalı velosipedçi qəzaya düşdü

İspaniyanın "Movistar" komandasının velosipedçisi Alexandro Valverde nüfuzlu "Vuelta" yarışının yeddinci mərhələsində qəzaya düşüb.

Sportline.az xəbər verir ki, finişə 43 kilometr qalmış idarəetməni itirən idmançının velosipedi aşaraq, yarış zolağını tərk edib.

Hadisə nəticəsində ciddi xəsarət almayan velosipedçi həkimlərin müayinəsindən sonra mübarizəni davam etdirib. Lakin o, bir neçə kilometr məsafə qət etdikdən sonra yarışı dayandırıb.

Qeyd edək ki, "Vuelta" yarışı 1935-ci ildən İspaniya və Andorra ərazisində keçirilir.