İstanbul derbisinin hakimləri bilindi

Türkiyə Super Liqasının 18-ci turunun "Fənərbaxça" - "Qalatasaray" görüşünün hakimləri açıqlanıb.

Sportline.az xəbər verir ki, İstanbul derbisini Halil Umut Meler idarə edəcək. 

Yan xətt hakimləri Mustafa Emre Eyisoy və Süleyman Özay olacaq.

Dördüncü hakim funksiyasını isə Abdulkadir Bitigen yerinə yetirəcək.

Qeyd edək ki, yanvar 8-də olacaq  "Fənərbaxça" - "Qalatasaray" derbisi Bakı vaxtilə saat 20:00-da başlanacaq.