İstanbul derbisinin qalibi bəlli olub

Türkiyə Superliqasının 15-ci turu İstanbul derbisi ilə əlamətdar olub.

Sportline.az xəbər verir ki, "Beşiktaş" öz meydanında "Fənərbağça" ilə qarşılaşıb.

Görüş "qara-qartalallar"ın minimal hesablı üstünlüyü ilə başa çatıb.

Yeganə qolu 73-cü dəqiqədə Aleks Oksleyd Çemberleyn vurub.

Qeyd edək ki, "Fənərbağça" 32 xalla 2-ci, "Beşiktaş" isə 25 xalla 4-cü pillədə yer alıb.