İstanbul nəhəngi Adrien Rabio sevdasından əl çəkmir

Bu mövsüm də çempionluq uğrunda mübarizə aparan "Qalataaray" heyəti bir qədər də gücləndirməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, İstanbul nəəhənginin transfer siyahısında yer alan futbolçulardan biri də Adrien Rabiodur.

Fransa millisinin üzvü ilə ilkin danışıqların maliyyə məsələsinə görə alınmadığı deyilsə də "Qalatasaray" rəhbərliyi bu süvdadan əl çəkməyib.

Bu gün "Teamtalk"da yayılan xəbərdə tərəflər arasında danışıqların yenidən bərpa olunduğu bildirilir.

Qeyd edək ki, Rabio eyni zamanda "Milan" və "Mançester Yunayted"in də maraq dairəsindədir.