İstanbul nəhəngi gürcü futbolçu üçün 17 milyon avro təklif edib
"Qalatasaray" klubu yanvar ayında heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az "Trt Spor" kanalına istinadən xəbər verir ki, İstanbul nəhəngi "Lion"un gürcüstanlı futbolçusu Jorj Mikautadze üçün 17 milyon avroluq rəsmi təklif göndərib.
Mikautadzenin "Lion"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 24 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 20 matçda 6 qol və 1 asistlə yadda qalıb.