İstanbul nəhəngi italiyalı forvardı hədəfə alıb

"Beşiktaş" italiyalı hücumçu Lorenso Lukkanı heyətə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, 25 yaşlı futbolçu İstanbul nəhənginin transfer sitahısında yer alır.

Bu haqda "Di Marzio"da məlumat yayılıb.

Məlumatda bildirilir ki, Lukkanın keçidi "Beşiktaş"ın forvardı Temmi Abrahamın "Aston Villa"ya mümkün transferindən asılıdır.

O, komandanı tərk edəcəyi halda, Lorenso "qara qartal"ın formasını geyinə bilər.

Qeyd edək ki, "Udineze"nin dəyəri 25 milyon avro qiymətləndirilən hücumçusu icarə əsasında "Napoli"dədir.