İstanbul nəhəngində koronavirus

Futbol üzrə Qana millisinin və “Beşiktaş”ın yarımmüdafiəçisi Bernard Mensa koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Qana seçməsinin düşərgəsindən dönən 25 yaşlı futbolçudan götürülən analiz müsbət nəticə verdiyindən o, dərhal karantinə alınıb.