İstanbul nəhəngləri Sançonu istəyir

"Aston Villa"da icarə əsasında çıxış edən ingiltərəli futbolçu Ceydon Sanço Türkiyə nəhənglərinin transfer radarına düşüb.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Fənərbağça", "Qalatasaray" və "Beşiktaş" 25 yaşlı oyunçunu transfer etmək üçün yarışa girib.

C.Sanço müqavilə əsasına "Mançester Yunayted" klubuna məxsusdur.

Qeyd edək ki, sözügedən futbolçu bu mövsüm 8 rəsmi oyunda meydanda olub. Təcrübəli oyunçunun məhsuldarlıq göstəricisi yoxdur.