İstanbulda "Valensiya şou"

Türkiyə Superliqasında 21-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, bu gün "Fənərbağça" öz meydanında "Kasımpaşa"nı qəbul edib və 5:1 hesablı qələbə qazanıb. 

"Fənərbağça"nın ekvadorlu hücumçusu Enner Valensiya oyunda 4 qol vurub.

"Fənərbağça" - "Kasımpaşa" - 5:1

Qollar: Fall, 24 (0:1), Valensiya, 37 (1:1), 39 (2:1), 52 (3:1), 61 (4:1), Batşuayi, 90+2 (5:1)

Bu nəticədən sonra "Fənərbağça" 44 xalla 2-ci, "Kasımpaşa" 19 xalla 16-cı pillədə qərarlaşıb. Turnir cədvəlinə 48 xalla "Qalatasaray" başçılıq edir.