İsveçdən də xoş xəbər gəldi

İsveçdə iyunun 14-dən etibarən peşəkar idman növləri və futbol matçları bərpa ediləcək. 

Sportline.az yerli mətbuata istinadən xəbər verir ki, hökumətin verdiyi qərara əsasən bütün yarışlar azarkeşsiz keçiriləcək. 

Mətbuat konfransına qatılan daxili işlər naziri Mikael Damberq hələ ki 50-dən çox insanın bir yerə toplaşa bilməyəcəyini bildirib. O, azarkeşləri idman klublarında və restoranlarda toplaşmamağa çağırıb. 

Qeyd edək ki, futbol üzrə İsveç çempionatında yeni mövsüm aprelin 17-də başlamalı olsa da, koronavirusa görə təxirə salınıb. Daha əvvəl liqanın iyunun 14-də başlayacağı ilə bağlı qərar verilib.