İtaliya 23 oyundur uduzmur
İtaliya millisi DÇ-2022-nin seçmə mərhələsində Şimali İrlandiyaya qalib gəlib - 2:0.
Sportline.az xəbər verir ki, komanda Roberto Mançininin baş məşqçiliyi altında məğlubiyyətsiz oyunların sayını 23-ə çatdırıb (18 qələbə, 5 heç-heçə). Bu, 2006-cı ildən üzü bəri İtaliya millisinin ən yaxşı nəticəsidir. Həmin dönəmə kimi "Skuadra Adzurra" Marçello Lippinin rəhbərliyi ilə 25 oyunda uduzmamışdı.
Mançininin baş məşqçisi olduğu İtaliya son dəfə 2018-ci ildə Millətlər Liqasında Portuqaliyaya məğlub olub (0:1).