İtaliya A Seriyasında qeyri-müəyyənlik

İtaliya A Seriyasında qeyri-müəyyənlik davam edir.

Sportline.az xəbər verir ki, son məlumatlara görə, növbəti mövsüm üçün, çempionatdakı komandaların sayı artırılmayacaq.

Yəni, mövsüm bərpa olunmasa da, iki komanda liqanı tərk edəcək.

Məlumata görə, A Seriyası ləğv edilərsə, iki klubun liqanı tərk edəcəyi kimi, B Seriyasından da iki komanda əsas çempionata yüksələcək.

Qeyd edək ki, A Seriyasının bərpa olunması ehtimalının çox az olduğu bildirilir.