İtaliya futbolçu ölkəsinə qayıdır
"Liverpul"un sağ cinah vingeri Federiko Kyeza karyerasını ölkəsində davam etdirəcək.
Sportline.az xəbər verir ki, 28 yaşlı futbolçu sabiq komandası "Yuventus"a qayıda bilər.
Bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, F.Kyeza cari mövsüm meydana çıxdığı 20 matçda 2 qol, 3 asistlə yadda qalıb.