İtaliya klublarına dəyən zərər

İtaliyada yayılan Koronavirus epidemiyasına görə A seriyasının bəzi oyunları azarkeşlərsiz keçirilir.

Sportline.az xəbər verir ki, “Calcio e Finanza” nəşri bu səbəbdən maddi itkiləri hesablayıb.

Ümumən klublara 28,6 milyon avro zərər dəyib. Ən çox zərər çəkən “Yuventus” olub – 12,3 miyon avro. “Milan” ikinci (3,4 milyon avro), “İnter” üçüncü (2,7 milyon avro) yeri tutur.

Azarkeşlərin bilet və abonementə görə ödədiyi pullar hamısı geri qaytarılacaq.