İtaliya klubu baş məşqçini istefaya göndərdi

İtaliya A Seriyasında baş məşqçi istefası qeydə alınıb.

Sportline.az xəbər verir ki, söhbət "Monza" klubundan gedir.

Klubun rəsmi səhifəsində yayılan məlumata görə baş məçqçi Salvatore Bokketti ilə yollar ayrılıb. 

Qeyd edək ki, italiyalı mütəxəssis ötən ilin dekabr ayının 23-də bu posta gətirilmişdi. 

Onunla 2027-ci ilədək müqavilə bağlanılmışdı. 

"Monza" onun rəhbərliyi altında meydana çıxdığı 7 oyunun 6-da məğlub olub, birində qələbə qazanmışdı.