İtaliya klubu "Beşiktaş"la danışıqlara başlayıb
"Kalyari" Semih Kılıçsoy üçün "Beşiktaş"la danışıqlara başlayıb.
Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İtaliya klubunun rəhbərliyi Semihi icarə əsasında heyətinə qatmaq istəyir.
19 yaşlı futbolçu "Beşiktaş"dan ayrılmaq fikrinə müsbət yanaşır.
Qeyd edək ki, Semih Kılıçsoy karyerası ərzində çıxış etdiyi 78 matçda 16 qol 9 asist müəllifi olub.