İtaliya Futbol Federasiyası Ventura ilə vidalaşa bilmir

İtaliya Futbol Federasiyası Karlo Ançelotti ilə danışıqlara başlayıb. Sportline.az  "Football İtalia"ya istinadən xəbər verir ki, dünya çempionatından kənarda qalan uğursuz komandanın yeni çalışdırıcısı adına ən real namizəd məhs odur. Federasiya prezidenti Karlo Tavekkio Ançelottinin nüfuzuna güvəndiyini açıqlayıb. Amma, əvvəlcə Campyero Ventura ilə vidalaşmaq lazımdır ki, bu məsələdə çətinlik yaranıb. Belə ki, 69 yaşlı mütəxəssisin 700 min avro məbləğində kompensasiya tələb etdiyi bildirilir.