İtaliyada növbəti mövsümün vaxtı bilindi

İtaliya futbolunda 2020/2021 mövsümünün başlama vaxtı məlum olub. 

Sportline.az xəbər verir ki, mövsüm sentyabrın 1-də start götürəcək.

Bu barədə qərar, İtaliya Futbol Federasiyasının Federal Şurasının telekonfrans formatında iclasında verilib. Həmin qərara əsasən, A, B və C seriyaları avqustun 20-dək yekunlaşmalı, növbəti mövsüm isə sentyabrın 1-də başlamalıdır.

Çempionatların bərpasınadək Federal Şura qeyri-münasib epidemioloji situasiya şəraitində yarışların keçirilmə formatını və dayandırılmasının mümkünlüyünü razılaşdıracaq.

Qeyd edək ki, daha əvvəl İtaliyada kütləvi tədbirlərin təşkilinə qadağa iyunun 14-dək uzadılıb.