Jezniçak "Qarabağ"ın düşərgəsində

"Qarabağ"ın sabiq futbolçusu, hazırda Polşanın "Visla" klubunda oynayan Yakub Jezniçak Bakıya gəlib.

Sportline.az xəbər verir ki, Premyer-liqanın 7-ci turunun "Qarabağ" - "Sabah" görüşünü Tofiq Bəhramov adına Respublika stadionundan canlı izləyən polşalı müdafiəçi oyundan sonra sabiq komanda yoldaşları ilə görüşüb. 

Qeyd edək ki, 2017-ci ildə Ağdam klubuna transfer olan Kuba bu komandada 25 rəsmi matçda meydana çıxıb, 1 qola imza atıb.