“Jirona” “Latsio” klubuna elçi göndərib

“Jirona” “Latsio”nun 23 yaşlı sağ cinah vingeri Matteo Kansellieri üçün rəsmi təklif göndərib.

Sportline.az xəbər verir ki, Kataloniya klubu bu keçid üçün qarşı tərəfə 15.6 milyon ödəməyə hazırdır.

“La Gazzetta dello Sport”un yaydığı məlumata görə, transfer son mərhələdədir.

Qeyd edək ki, M.Kansellieri cari mövsüm meydana çıxdığı 14 matçda 3 qolla yadda qalıb.