Joao Feliks İngiltərəyə qayıdır

"Aston Villa" "Çelsi"nin futbolçusu Joao Felikslə yaxından maraqlanır.  

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, hazırda London klubu 25 yaşlı portuqaliyalı hücumçunu satmaq fikrində deyil.

Bununla belə, növbəti mövsüm onu icarəyə göndərmək ehtimalı var. "Aston Villa" isə Feliksi tam transfer etmək niyyətindədir, lakin onun yüksək maaşı bu keçidə mane ola bilər.  

Qeyd edək ki, Joao Feliks cari ilin qış transfer dönəmində icarə əsasında "Milan"ın heyətinə qatılıb. Onun İtaliya təmsilçisindəki icarə müddəti mövsümün sonuna qədər qüvvədədir.